QAZİLER.AZ saytı xəbər verir ki, bu gün Veteran Televiziya və Qəzet jurnalisti, Qarabağ müharibəsinin iştirakçısı, “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kompaniyası” MMC-nin təsisçisi və baş direktoru Adil İrşadoğlu (Əliyev) “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplom - plaketlə təltif olunub.
A.İrşadoğlu Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığına, qazilərə daim mənəvi dəstək olduğuna görə və 65 illik yubileyi münasibətilə təltif edilib.“Qarabağ qaziləri” ictimai birliyində baş tutan təqdimetmə mərasimində təşkilatın rəhbərləri, müstəqil jurnalist Hikmət Əliyev, müəllim, ictimai xadim Novruz Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Adil İrşadoğlunun keçdiyi şərəfli və zəngin həyat yolundan danışıb, ona uzun ömür can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
QAZİLER.AZ