Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
REAL xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.Dəyişikliyə görə, ölkə hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarından savayı, müvəqqəti ölkə xaricində olan şəxslərin də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılacaq.