Qarabağ qazisi Etimad Əsədovdan bəhs edən “Birinci...” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR, VİDEO

Qarabağ qazisi Etimad Əsədovdan bəhs edən “Birinci...” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR, VİDEO backend

Dekabrın 20-də “Azərkitab” kitab təbliğat mərkəzində “Qarabağ qaziləri” İctimai Birliyinin mərhum sədri Etimad Əsədovdan bəhs edən “Birinci...” adlı kitabının təqdimatı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə mərhumun ailə üzvləri, yaxın dostları, çiyin-çiyinə döyüşdüyü əsgər yoldaşları, yazıçılar, jurnalistlər və digər ictimai şəxslər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.

Kitabın tərtibatında əsas pay sahibi olan Rey Kərimoğlu mərhum Etimad Əsədov haqqında çap olunan kitabı tədbir iştirakçılarına təqdim edib. O, bu kitabın mərhumun xatirəsinin əbədiləşdirmək baxımından böyük önəm daşıdığını bildirdi: "Kitab Etimad Əsədovun həyat fəaliyyətindən, döyüş yolundan bəhs olunur. Həmçinin kitabda, onun fəaliyyəti ilə bağlı şəkillər, o cümlədən, dostları, döyüş yoldaşlarının onun haqqında xatirələri toplanılıb. İnanırıq ki, zaman gələcək, Etimad bəy haqqında daha irihəcimli kitablar nəşr ediləcək və filmlər çəkiləcək."

Çıxışdan sonra Etimad Əsədov haqqında videoçarx nümayiş olunub.

Daha sonra söz kitabın redaktoru şair Rəfail Tağızadəyə verilib. O, kitabı ərsəyə gətirərkən 16 ildir yaxın bildiyi Etimadı yenidən kəşf etdiyini qeyd edib: "Mən həmişə Etimad bəyi cəsarətli, heç nədən qorxmayan döyüşçü kimi tanıyırdım. Amma kitabda onun sistemli, sərbəst şəkildə yazdığı fikirləri oxuyarkən, mərhumun təkcə döyüşçü kimi yox, həm də geniş analiz etmək qabliyyətinə malik olduğunun şahidi oldum."

Tədbirdə tanınmış şair Ramiz Rövşən də çıxış edib. O, mərhumun özündən çox vətənini, millətini düşünən bir şəxs olduğunu bidirib: "Belə insanların itkisi çox ağırdır. Etimad bəy bu millətin əzəmətini, gücünü, bütövlüyünü və yüksək keyfiyyətlərini özündə cəmləşdirən biri olub.

Çıxışının sonunda Ramiz Rövşən mərhumun xatirəsinə həsr etdiyi şeiri təqdim edib.

Tədbir Etimad Əsədov haqqında xatirələri və ürək sözləri ilə davam edib.

Daha ətraflı videomaterialdan baxa bilərsiniz:














































Diaspora