Xəstə Qarabağ əlilinə və oğluna həkimlər kömək etmir, Səhiyyə Nazirliyi isə onu aldadır

Xəstə Qarabağ əlilinə və oğluna həkimlər kömək etmir, Səhiyyə Nazirliyi isə onu aldadır backend

Maddi imkanı olmayan, səhhətində qəfil problem yaranan, 18 yaşlı oğlu da xəstə olan Qarabağ müharibəsi əlili Fəyaz İmanverdiyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etsə də o, xəstəyə yardım etməkdən sözün həqiqi mənasında imtina edib

Sağlamlığını vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə itirən Qarabağ əlili bununla bağlı Qaziler.az saytına müraciət edərək kömək istəyib.

Fəyaz İmanverdiyev məktubunda bildirir: "Mən, İmanverdiyev Fəyaz Qardaşxan oğlu Qobustan rayon Təklə kəndində yaşayıram, müharibə əliliyəm. Son zamanlar səhhətimdə müxtəlif problemlər yaranıb. Hər dəfə öz hesabıma müalicə aliram. Məndən başqa 18 yaşlı oğlum da ağciyər xəstəsidir. Övladımla mənim müalicəmə çox pul lazımdır, lakin buna maddi imkanım çatmır. 29 noyabrda qəflətən səhhətimdə problem yarandı, bununla bağlı Qobustan Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Kömək üçün baş həkim Eminin qəbulunda olsam da o, hec bir yardım etmədi. Digər həkimləri müainəyə cəlb etməklə mənim müayinə və müalicəmi təşkil etmək əvəzinə "bizdə heç bir imkan yoxdur, get özünü düz-əməlli həkimə göstər" dedi. Baş həkim ən azı oradakı oradakı imkanlardan istifadə edərək mənim müalicə olunmağıma kömək edə bilərdi, lakin etmədi. Evə qayitiqdan sonra ağrilarim daha da kəskinləşdi. Temperaturum 40 dərəcəyə qalxdı. Məcbur qalıb özum müxtəlif vasitələrdən istifadə edərək vəzyyətdən cıxmağa çalışdım. 30 noyabrda səhiyyə nazirliyinin qaynar xətti olan 9103 nömrəsinə zəng vuraraq, vəziyyətimi anlatdım. Nazirlikdən mənə bildirdilər ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasından kömək edəcəklər. Lakin heç bir bir xəbər çıxmadı. Təkrar 9103-ə zəng vurdum. Yenə də xəstəxanadan mənə kömək göstəriləcəyini, Emin həkimlə danışdıqlarını dedilər. Yalvardım ki, müvəqqəti də olsa Şamaxı Diaqnostika Mərkəzinə yerləşməyə köməklik etsinlər. Çünki oradakı müayinələrə və müalicəyə xeyli vəsait lazım olur. Bu isə mənim imkanım xaricindədir. Həmin gün üç dəfə 9103-ə zəng vursam da oradan: "dəstəyi yerə qoy, bu dəqiqə Emin həkim səni yığır" dedilər. Yenə də heç bir xəbər olmadı. Axı məni aldatmaq nəyə lazim idi? Dekabrın 2-də nazirliyin elektiron ünvanına yazaraq cənab nazirin adına ərizə ilə müraciət etdim. Amma hələ ki bir xəbər yoxdur. Dekabırın 15-də Şamaxı Diaqnostika Mərkəzində ulturasəs müyinəsidən keçdim, həkim vəziyyətimin ağır olduğunu bildirdi.
İndi müxtəlif türkəçarə vasitələrdən istifadə edərək özümü müalicə etməyə çalışıram. Temperaturum hələ də düşmür. Vəziyyətim getdikcə ağırlaşır. Əvvələr də müxtəlif xəstəliklərə görə müalicə almışam. Xahiş edirəm, mənə kömək edin".





Diaspora