Musavat.com xəbər verir ki, psixoloq Nərmin Şahmarzadə öz feysbuk profili üzərindən canlı yayım edərək milli qəhrəmanın ailə üzvlərindən üzr istəyib:
“Milli Qəhrəman Mübariz İbrahimovun atasını videoya çəkiblər. Ona düzgün məlumat verməyiblər. Mən heç kəsin oğluna qatil deməmişəm. Ümumiyyətlə, statusumda və videoda elə sözlər yoxdur. Mənim çəkdiyim videoda şərəf və ləyaqəti alçaltmadan söz gedə bilməz. Əgər valideynləri bu şəkildə başa düşüblərsə, onlardan üzr istəyirəm”.Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.