Ordumuz döyüş atışlarına başladı - Video

Ordumuz döyüş atışlarına başladı - Video backend

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı təlimi keçirilib.

Bu barədə Qaziler.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ssenariyə uyğun olaraq, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.