Zakir Fərəcov Qarabağ əlillərinin marşrutunu alıb öz qaynına verir, Mehriban xanıma verilən vədə əməl edilmir – SUMQAYITDA GƏRGİNLİK GÖZLƏNİLİR

Zakir Fərəcov Qarabağ əlillərinin marşrutunu alıb öz qaynına verir, Mehriban xanıma verilən vədə əməl edilmir – SUMQAYITDA GƏRGİNLİK GÖZLƏNİLİR backend

QAZİLER.AZ saytına Sumqayıt şəhərində yaşayan bir qrup Qarabağ müharibəsi əlilləri və şəhid ailələri tərəfindən şikayət ərizəsi daxil olub

Şikayətçilər Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovdan və onun nəqliyyatdakı adamlarından narazıdırlar. Şikayətçilər yazırlar:

“Biz Qarabağ əlilləri 1999-cu ildən Sumqayıt şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşuq. İşlədiyimiz müddətdə imkanımız daxilində bizə müraciət edən şəhid və Qarabağ əlillərinə köməklik etmişik. 2012-ci ildə Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən verilən sərəncamla əlaqədar maşınlarımızı dəyişib, müasir və iritutumlu “İSUZU” markalı 15 ədəd sərnişin daşıma avtomobili gətizdirmişik. Qanuni olaraq “Sənan-2012”MMC-ni yaradaraq fəaliyyətə başlamışıq. 2016-cı ildə Sumqayıt şəhər İcra hakimiyyətinin nəzdində Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov vəzifəyə təyin olunduğu gündən bizim “qara günlərimiz” başladı.
Hər ay bizdən 4 000 (dörd min) manat rüşvət tələb edirdi. Sumqayıt şəhər İcra hakimiyyətinə rüşvətlə bağlı dəfələrlə müraciət etsək də müraciətimiz nəticəsiz qalmışdır. Biz də çarəsiz qalıb hər ay Xannı Rüstəmova tələb etdiyi 4 000 (dörd min) manat rüşvəti vermək məcburiyyətində qalırdıq. 2017-ci ilin iyun ayında rüşvətin məbləğini qaldırıb 10 000 (on min) manat etdi və bizdə bu məbləği verə bilmədiyimizə görə firmanın fəaliyyətini dayandırdı. Bizim məktubumuza cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Mehriban Əliyevaya cavab verilmişdir ki, Qarabağ əlillərinə məxsus olan avtobuslar yeni xətt ilə təmin olunacaq (həmin məktubun sürətini ərizəmizə əlavə edirik). Əlillər adından biz iyun ayında noyabr ayına qədər cənab Prezident İlham Əliyevə vitse-prezidentimiz Mehriban Əliyevaya etdiyimiz müraciətlər nəticəsində bizə noyabr ayında Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən yeni xətt (Sumqayıt - Stansya Sumqayıt) verildi. Mehriban xanımın bizə göstərdiyi qayğıya baxmayaraq, Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov bizdən yeni xətt üçün 10 000 (on min) manat rüşvət aldı. Bizim etiraz etməyimizə baxmayaraq o bizə gedin kimə müraciət edirsiniz edin, pulu versəniz işləyəcəksiniz verməsəniz yox.

Bütün bu olanlardan sonra biz 10 000 (on min) manatı verib 2017-ci ilin noyabr ayından fəaliyyətə başladıq. Həmin aydan aylıq rüşvəti 4 000 (dörd min) manatdan 6 350 (altı min üç yüz əlli) manata qaldırdı. 2018-ci ilin noyabr ayına kimi hər ay 6 350 (altı min üç yüz əlli) manat verib işlədik. 2018-ci ilin noyabr ayında aldığı 6 350 (altı min üç yüz əlli) manatla razılaşmayıb, bizdən 10 000 (on min) manat rüşvət tələb etdi. Biz isə bu məbləği verə bilmədiyimizə görə işlətdiyimiz marşrut xəttinin fəaliyyətin dayandırıldı. Hansı ki, Sumqayıt icra hakimiyyəti vitse-prezident Mehriban Əliyevaya məktubla bildirmişdir ki, Qarabağ əlillərinə məxsus olan avtobuslar yeni xətt ilə təmin olunub və işləyəcək. Verilən məktuba əməl etmədilər.

Sizdən xahiş edirik, avtobus xəttinin yenidən xəttə qaytarılmasına və Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmovun özbaşınalığın qarşısının alınmasına son verəsiniz”.



Qalib İsmayılov
Diaspora