Bu barədə "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu sosial şəbəkədəki hesabında paylaşdığı statusunda bildirib.
Qaziler.az bildirir ki, Qarabağ qazisi öz statusunda yazıb: "Sumqayıtın "Elmar Vəliyev"i Zakir Fərəcov Qarabağ əlillərini qəbul edib. Amma onlarla çox kobud rəftar edib. Qohumu - Sumqayıt nəqliyyatının "bosu" Xannı Rüstəmovun sözü ilə hərəkət edib. Nəticədə 15 nəfər Qarabağ əlili və şəhid ailəsi yenə çörəksiz qalıb! Zakir Fərəcov, Xannı Rüstəmov dövlətin adından sui-istifadə istifadə edərək qaziləri şantaj edir, hədələyir! Özləri dövlətin adından istifadə edib milyonlara sahib olublar, amma qazilərə "xox" gəlirlər! Amma iş adamları kimi də Qarabağ əlillərinə təzyiq edirlər! Adam hələ də etdiyi qəbahəti, ədalətsizliyi anlamır! Axı o dəfə yazdım ki, ağsaqqalı, qarasaqqalı bunu başa salsın! Sonra çox gec olacaq! Çünkü dəvədən böyük fil də var axı.
Qarabağ əlilləri bilir neyləmək lazımdır!
"Qarabağ qaziləri" İctimai Birliyi, Vətən Müharibəsi Əlilləri Birliyi və Qaziler.az saytı məsələni diqqətdə saxlayır!"
Xatırladaq ki, Qaziler.az saytı Zakir Fərəcovun Qarabağ əlillərinə qarşı etdiyi qanunsuz əməlləri haqda bir qədər əvvəl də yazmışdı.
LİNK AŞAĞIDA
Zakir Fərəcov Qarabağ əlillərinin marşrutunu alıb öz qaynına verir, Mehriban xanıma verilən vədə əməl edilmir – SUMQAYITDA GƏRGİNLİK GÖZLƏNİLİR-VİDEO
Qalib İsmayılov