Qaziler.az saytı APA-Economicsə istinadən xəbər veriri ki, bu gün səhər 08:14-də metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, sərnişinlər "Azadlıq prospekti" stansiyasında düşürdülüb qatar depoya göndərilib."Gənclik" stansiyasında təlimatçı nasazlığı aradan qaldırıb və qatar normal hərəkətini bərpa edib.
Qrafikdə gecikmə olmayıb.