Ölkədə investisiyaların 80 faizi dövlətin hesabına düşür.
Cəmi 20 faizlə özəl sektorun inkişafına nail ola bilmərik. Bunun üçün Vergi Məcəlləsində dəyişikliklərə ehtiyac var.Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib. Millət vəkili neftin qiymətinin dünya bazarında enməsinə də toxunub:
“Neftin qiymətinin enməsinə görə narahat olmalıyıq. Qiymət 50 dollara düşsə, dövlət büdcəsində 60 dollar məsələsinə yenidən baxılmalıdır”.
F.Mustafa həmçinin ölkədə istehsal müəssisələrinin sayının artırılmasına ehtiyac olduğunu deyib:
“Bakıda müəssisələrin çoxu satış üçündür. İstehsal müəssisələri yoxdur. Bakının məhəllələri regionlardan gələn insanlarla doludur, əksər bağ evlərində cənubdan gələn insanlar işləyir. Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Bölgələrin boşalmasından imtina etməliyik. Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir. İnsanlar Bakıda gecəqonduda yaşamaqdan imtina edib, regiona rahatlıqla üz tutmalıdır”.