Bu gün Etimad Əsədovun 40 mərasimi keçirilir - YENİ GÜNƏŞLİDƏ

Bu gün Etimad Əsədovun 40 mərasimi keçirilir - YENİ GÜNƏŞLİDƏ backend

Bu gün "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədovun 40 mərasimidir.

Qaziler.az xəbər verir ki, mərasim "Yeni Günəşli" qəsəbəsində "Laçınlıların mərasim evi"ndə keçirilir.

Xatırladaq ki, oktyabrın 16-da dünyasını dəyişmiş E.Əsədov ağciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə "Qarabağ qaziləri" İctimai Birliyinin sədridir.