Yanğında təhsil sənədləri məhv olanlarla bağlı TAPŞIRIQ

Yanğında təhsil sənədləri məhv olanlarla bağlı TAPŞIRIQ backend

Binəqədi rayonunda binada baş verən yanğınla əlaqədar yaradılmış qərargahda Təhsil Nazirliyinin nümayəndəsi də təmsil olunur. QAZİLER.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.

Nazir müavininin sözlərinə görə, həmin binada yaşayan təhsil işçiləri, tələbələr və şagirdlər barədə məlumatlar əldə edilib.

"Onların özləri və təhsil müəssisələri ilə əlaqə saxlanılıb. Yanğın zamanı təhsil sənədləri məhv olanlarla bağlı müvafiq tapşırıqlar verilib. Sənədlər yaxın günlərdə bərpa olunacaq", - deyə nazir müavini bildirib.
Diaspora