Vahid Əhmədov: "Nazir şəhid ailələrini qəbul eləsin, birdəfəlik desin ki...”

Vahid Əhmədov: "Nazir şəhid ailələrini qəbul eləsin, birdəfəlik desin ki...” backend

Şəhid ailələrinin bir qrupu Milli Məclisin binası qarşısına toplaşıb.

Onlar deputatlara yaxınlaşaraq prezident fərmanı ilə ayrılan sığorta haqqını ala bilmədiklərindən şikayətləniblər. Deputat Qüdrət Həsənquliyev şəhid ailələri ilə görüşərək onları dinləyib və səbrli olmağa çağırıb. Bildirib ki, onların məsələsini diqqətdə saxlayır və müsbət həll olunacağına ümid edir.

Plenar iclasda isə deputat Vahid Əhmədov bu mövzuya diqqət çəkib: “Oqtay müəllim, şəhid ailələri yenə ylığışıb, Milli Məclisn qarşısına... Onlar deputatların qarşısını kəsib xahiş edirlər ki, məsələləri həll olunsun. Xahirş edirəm, cənab nazirə deyin, bir-bir bu insanları qəbul eləsin, birdəfəlik desin ki, bu insanlara qanpulu düşür, ya düşmür. Bəlkə nazirin vaxtı yoxdur. Lazımdırsa, biz burda bir komissiya yaradaq, bununla məşğul olaq”.

Deputat Qənirə Paşayeva da şəhid ailələrini narahat edən məsələyə sədarətin və hökumət üzvlərinin diqqətini cəlb etməyə çağırdı.

Xanım deputat sədrə müraciətlə bildirdi: “Hörmətli sədr, təqribən 40 dəqiqədir şəhid ailləri Milli Məclisin binası qarşısında toplaşıblar və xahiş edirlər ki, onların problemləri həll olunsun. Onlar cənab prezidentdən çox razılıq edirlər. Lakin bu gün onların istədikləri budur: biz də bu vəsaiti almaq istəyirik. Bəziləri deyir almışıq, amma çox cüzi vəsait idi, amma bu gün bu vəsaitə çox böyük ehtiyacları var”.

Q.Paşayeva şəhid ailələrinin parlament qarşısında olmasından bəzi xarici qüvvələrin istifadə edə biləcəyindən də bəhs etdi: “Orda bəzi çəkilişlər də var idi, onların kimliyi də bəlli deyildi. Bəzi xarici güclər var ki, bəlkə də bu məsələdən istifadə etmək istəyir. Odur ki, bu məsələyə diqqətin artırılmasını xahiş edirəm. Cənab prezident belə bir gözəl jest edib, şəhid ailələrinə qayğı göstərib. Onlar xahiş edirlər ki, hökumət üzvlərinə təkrar müraciət edək və hökumət bu məsələni müsbət həll etsin”.

Spiker Oqtay Əsədov bu məsələ ilə bağlı nazirlə danışdığını bildirdi və məsələnin nəzarətdə olduğunu dedi.

Musavat.com
Diaspora