Jurnalistlər üçün tikilmiş binanın üzlüyü sökülür

Jurnalistlər üçün tikilmiş binanın üzlüyü sökülür backend

Bakının Səbail rayonunda Jurnalistlər Evinin üzlüyünün sökülməsinə başlanılıb. QAZİLER.AZ-ın Lent.az-a istinadən məlumatına görə, binanın örtüyünün yanğına həssas material olduğu müəyyənləşdirilib.

Bundan sonra üzlüyün sökülməsinə qərar verilib.

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb
Diaspora