ŞOK: Şəkidə canavarlar kəndə hücum etdi

ŞOK: Şəkidə canavarlar kəndə hücum etdi backend

60-dan çox xırdabuynuzlu heyvan tələf olub QAZİLER.AZ xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, ötən gecə Qudula kəndində canavarlar Fikrət Məmmədov, Əlövsət Süleymanov, Fikrət İbrahimov və Nemət Əliyevə məxsus şəxsi təsərrüfatlara hücum edərək 60-dan çox xırdabuynuzlu heyvanı məhv edib.


Hadisə ilə bağlı Şəki Rayon İcra Hakimiyyəti başçısının Qudula kəndi üzrə nümayəndəsi Rəşad Cumayev APA-ya bildirib ki, hazırda təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.

R. Cumayevin sözlərinə görə, hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib: “Hazırda idarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş heyvanlar təlimata uyğun məhv ediləcək”.
Diaspora