Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanova məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.
Bu barədə Kult.az-a muzeydən məlumat verilib.Milli Qəhrəmanın hərbi geyimi muzeyə onun valideynləri tərəfindən təqdim olunub.
Samid İmanov 1981-ci ildə Neftçala rayonunda anadan olub. O, Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.