Birdəfəlik ödəməni haqqı çatan şəxslər alacaq.
Şəhid hərbi qulluqçulara birdəfəlik müavinətlərin verilməsi ilə bağlı işlərin icrasına başlanılıb. Artıq vərəsələrin 97 faizi öz məlumatlarını təsdiq edib. Vəsaitlərin ödənilməsi ilə bağlı proses gedir.Bu sözləri REAL-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev deyib. Nazir müavininin sözlərinə görə, 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə bu vəsaitin ödənilməsi barədə qərar qəbul edilib.
ƏƏSMN fərmanın icrasına uyğun olaraq birdəfəlik ödəmənin haqqı olan şəxslərə verilməsini təmin edəcək.
Müraciətlərin araşdırılması ilin sonuna qədər yekunlaşacaq. Proses fərdi qaydada hüquqi müstəvidə aparılır.