“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədi ilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: “Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.
Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.