“20 Yanvar” qazisi, “20 Yanvar” ictimai birliyinin Nəsimi rayon filialının sədri Allahverdiyev Tofiq Həsən oğlu dünyasını dəyişib.
Bu barədə QAZİLER.AZ saytına birliyin respublika təşkilatının sədri, “20 Yanvar” qazisi Sultan Əzimzadə məlumat verib. Onun sözlərinə görə, Tofiq Allahverdiyev uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.Xatırladaq ki, uzun müddət daxili işlər orqanlarında çalışan T.Allahverdiyev xidməti zamanı yanan evdən azyaşlı uşağı xilas etdiyinə görə dövlət tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.
“20 Yanvar”, “Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birliklərinin, “Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf” fondunun və “Qaziler.az” saytının kollektivi Tofiq Allahverdiyevin vaxtsız vəfatından kədərləndiyini bildirir, qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!”.