“Güllələnənlərin orda dəfn olunduğunu dəqiq bilirəm”

“Güllələnənlərin orda dəfn olunduğunu dəqiq bilirəm” backend

Mikayıl Müşfiqlə bağlı araşdırmaların aparılması üçün yaradılmış işçi qrupunun üzvü REAL-a danışdı

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərin araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib. İclasda iştirak edən Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev REAL-a açıqlama verib.

Xalq yazıçısı Mikayıl Müşfiqin Nargin adasında güllələnməsi ilə bağlı iddialara da cavab verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq ölkə başçısına məruzə olunacaq və ictimaiyyətə məlumat veriləcək.

Diaspora