Deputatdan himnlə bağlı qalmaqallı TƏKLİF

Deputatdan himnlə bağlı qalmaqallı TƏKLİF backend

“Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Tahir Kərimli deyib.

Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib.

“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.

Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.
Diaspora