Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mustafa bəy Vəkilov haqqında məqalə yenidən redaktə olunaraq və təkmilləşdirilərək oxucuların istifadəsinə verilib.
MEK-dən bildiriblər ki, məqalədə Mustafa bəy Vəkilovun həyat və fəaliyyəti barədə ətraflı məlumat əksini tapıb. Qeyd edilib ki, 1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Cümhuriyyətin daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M.Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar cəlb etməyə çalışıb. M.Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat edib və orada dəfn olunub.Məqalə ilə daha ətraflı bu linkdə
Bu məqalə “Vikipediya” könüllülərinin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Cümhuriyyətin 100 illiyinə dəyərli töhfəsidir.