Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Mayın 26-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayon sakinlərini qəbul edəcək.Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 217) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov.
Mob: (050) 315-53-52
e-mail:[email protected]
www.scwra.gov.az