1-ci qrup Qarabağ qazisi Ziyəddin Abbasov vəfat edib
Ailəsindən Qaziler.az-a verilən məlumata görə, qazi bu gün günorta saatlarında dünyasını dəyişib.Ziyəddin Abbasov Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asifin) batalyonunda döyüşüb. 1992 ci ildə Naxçıvanik istiqamətində gedən döyüşdə ağır yaralanaraq hər iki ayağını itirib.
O, 16 iyul 1964 cü ildə Lənkəran rayonunun Mamusta kəndində doğulub.
Ali təhsillidir. 3 övladı var.