“Onlara klassik musiqilər qoyuruq, Bethovenə, Baxa qulaq asırlar. Gərək nazıyla oynayasan”.
Qaziler.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıda yeni yaradılmış eşşək fermasının nümayəndəsi Ülvi Hidayətzadə belə deyib.O, fermadakı heyvanların xüsusi qulluq və diqqət tələb etdiyini söyləyib:
“Bu heyvanlara baxmağın çətin tərəfi odur ki, çox az süd verirlər. Günə 100-150 qram. Ən yaxşı halda isə 200 qram. Çox hissiyyatlı heyvandır. Məsələn oxşaya-oxşaya tumarlayaraq ondan süd almaq olar. Hətta biz burada səs sistemi yaratmışıq.