Qaziler.az qhtxeber.az-a istinadən bildirir ki, “Regional Gender Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının baş verməsinin sosial köklərinin araşdırılması və problemin aradan qaldırılma yollarının ictimai müzakirəsinin keçirilməsi” adlı layihəsini uğurla davam etdirir.
qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində Ağdam rayonunun Əhmədağalı kənd məktəbində “Məişət zorakılığı, onun yaranma səbəbi, nəticəsi və qorunma yolları” mövzusunda təlim keçirilib. Cəbhəyani ərazidə yaşayan yerli və məcburi köçkün olan 30 nəfər müəllim və valideynin iştirak etdiyi tədbirdə məişət zorakılığının səbəbləri, nəticəsi və ondan qorunma yolları haqqında söhbət açılıb, mövzu ətrafında geniş müzakirələr olub, iştirakçıların sualları cavablandırılıb.Tədbirin sonunda iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Regional Gender Mərkəzi” İB-nə bu ərazidə həyata keçirilən layihəyə görə təşəkkür bildirib, bu qəbildən olan təlimlərin davamlı olmasını arzulayıblar.