Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı

Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı backend

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub. (Report)
Diaspora