Bakıda daha bir ərazidə sürüşmə prosesi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb: "Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil".*** 11:29
"Report" xəbər verir ki, Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.
Hazırda ərazidə təmizləmə işləri aparılır.
Qeyd edək ki, hazırda Badamdar qəsəbəsində də sürüşmə baş verir.