Kürdə suyun səviyyəsində azalma qeydə alınıb

Kürdə suyun səviyyəsində azalma qeydə alınıb backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmanın nəticələrinə görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20 faizini təşkil edib.

Mayın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5, Qanıx çayının Əyriçay məntəqəsində isə 18 santimetr azalma müşahidə olunub.

Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 50 santimetr artım qeydə alınıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 455, Şirvanda 333, Salyanda 277, Bankədə 227, Novruzlu məntəqəsində isə 220 santimetrdir.
Diaspora