Nemət Pənahlıya 30 sutka həbs verilib

Nemət Pənahlıya 30 sutka həbs verilib backend

Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı 30 sutka həbs cəzası alıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı facebookda məlumat yayıb:

"Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) görə həbs olunub"...
Diaspora