Erməni idmançılar Bakıya gəlməsin

Erməni idmançılar Bakıya gəlməsin backend

QAZİLER.AZ saytı xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı erməni idmançılarının Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirakına dair Ermənistan tərəfinin yaydığı məlumatlarla əlaqədar etiraz bəyanatı yayıb: “Bir daha xəbərdarlıq edirik ki, işğalçı Ermənistanın hər hansı nümayəndəsinin, o cümlədən idmançılarının Azərbaycana səfəri yolverilməzdir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq hüquq normalarını pozmuş, özünü bütün bəşəri dəyərlərdən kənarda qoymuşdur. Ermənistanın Azərbaycanda keçirilən hər hansı tədbirdə təmsil olunmağa mənəvi haqqı yoxdur. Onlar işğalçı, terrorçu hərəkətləri ilə bu haqqı çoxdan itiriblər.

Biz Beynəlxalq Olimpiya Təşkilatından, Birinci Avropa Oyunlarının təşkilatçılarından, Azərbaycan hakimiyyətindən bir daha tələb edirik ki, ermənilərin Bakıya səfərinə imkan verməsinlər. Biz öz növbəmizdə ermənilərin öz murdar, xəstə nəfəsləri ilə Birinci Avropa Oyunlarının sağlam mühitini korlamamaları üçün bütün vasitələrdən istifadə edəcəyimizi bildiririk. Ermənilərə isə bildiririk ki, bəsdir bu qədər həyasızlıq etdikləri, Bakıya gəlmək fikirlərindən daşınsınlar. Onları Bakıda gözləmirlər, onlar arzuolunan qonaq deyillər. Nə qədər həyasız olasan ki, bunu başa düşməyəsən. Bu cür həyasızlıq ancaq ermənilərdə ola bilər. Bir daha xəbərdarlıq edirik: murdar ayaqlarınız Bakıya dəyməsin!”

Daha sonra QAT-ın bəyanatında ermənilərin Bakıya dəvət olunmasında, qarşılanmasında, onlara xidmət göstərilməsində iştirakı olan şəxslər kəskin tənqid olunur və onların bu hərəkəti Şəhidlərimizin ruhlarına hörmətsizlik kimi qiymətləndirilir.
Diaspora