Eks-prezidentin qardaşı oğluna qarşı haqsızlıq

Eks-prezidentin qardaşı oğluna qarşı haqsızlıq backend

Kana32.info-ya Xırdalanda tikinti işləri ilə məşğul olan şirkət barəsində redaksiyamıza şikayət daxil olub.

Müraciət edən eks- prezdent Əbülfəz Elçibəyin qardaşı oğlu Ayturan Əliyev tikinti şirkəti tərəfindən aldanıldığını dilə gətirib. Onun sözlərinə görə, Xırdalanda fəaliyyət göstərən “FAM-88” adlı tikinti şirkəti tikilməkdə olan evləri birdən çox şəxsə satmaqla insanları aldatmaqla məşğuldur. Şirkətinin adı 2016-cı ildə “Afşaran”, 2017-cildə “Afşaran -A”, 2017-ci ildən bu yana isə “FAM-88” olaraq dəyişdirilib. Şikayətçi şirkətin adının tez-tez dəyişdirilməsinin də şübhəli olduğunu qeyd edir. Məlumata görə, şirkət rəhbərləri heç kimin xəbəri olmadan evi satıblar. İşin üstü açılandan sonra zərərçəkənlər polisə müraciət ediblər. Bundan məlumatı olan şirkət rəhbərləri Ayturan Əliyevin səhhətindəki problemlərdən istfadə edərək ona oxuyub məlumat almadığı müqaviləni imzalatdırıblar. Zərərçəkənin həyat yoldaşı da evin ondan xəbərsiz satıldığını deyərək evin satılmasından 7 ay sonra ərinin səhhətindən istifadə edilərək məlumatsız olduqları müqaviləni imzalatdırdıqlarını deyir. Şikayətçi onu da bildirir ki,üz tutduqları Abşeron rayon prokurorluğu da məsələyə ciddi yanaşmır. Şikayətçi iddia edir ki, əsasən, prokurorluğun nümayəndələri sözügedən şirkət rəhbələrindən rüşvət aldıqlarından problemə biganə yanaşırlar(həmin şəxslərin adı Kalan32-yə göndərilən video-müraciətdə şikayətçi tərəfindən səsləndirilib). Maraqlıdır ki,məhkəmə məsələ ilə bağlı şirkətin cinayət törətdiyi barədə qərar qəbul edib. Sonradan isə təkrar qətnamə qəbul edərək, hadisə zamanı əlavə 3-4 cinayət əməlinin olduğunu da təsdiqləyiblər. Ayturan Əliyevin və həyat yoldaşının sözlərinə görə, iki azyaşlı uşaqla 1 ildir ki, Abşeron rayon prokurorluğunun yollarında əsir-yesir olublar.

Qeyd edək ki,iddiaçı tərəfin yaşadıqları mənzilin də şəraitini əməkdaşımız lentə alıb və problemi elə onların dilindən öyrənib.

Kanal32.info olaraq Abşeron rayon Prokrorluğunun mövqeyini işqılandırmağa hazırıq.

Diaspora