Fərəhin anası danışdı

Fərəhin anası danışdı backend

“Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər xəstəxanaya gedərək, Binəqədi rayonunda yanan bina sakinlərinə baş çəkdi.

Xəstəxanada olarkən Elgiz Əkbər bütün şöbələri gəzərək xəstələrlə tək-tək görüşərək və onların vəziyyətləri ilə tanış olub. Tüstüdən zəhərlənən bina sakinlərindən biri bildirdi ki, sağ qalmasının səbəbi 3 saat dayanmadan su içməsi olub. Evdə tək olan ev sahibi yuxudan oyananda bütün evin yandığını görüb. 3 satdan sonra FHN- əməkdaşı tərəfindən xilas olunub. Amma xilas olunmağına ev sahibi hələ də inana bilmir. FHN-nin əməkdaşı öz paltarını sakinə geyindirərək onu son anda binadan xilas edə bilib.

Aparıcı xəstəxanada Fərəhin anası ilə də söhbət etdi. O yaxşı olduğunu, onun haqqında yayılan şayiələrin yalan olduğunu bildirdi.

Zəhərlənən bina sakinləri onlara xəstəxanada yaxşı baxıldığını və vəziyyələtrinin normal olduğunu dedilər.

Mənbə: ANSPRESS


Diaspora