Əmək Məcəlləsində dəyişikliklər və monitorinq olunmasi tövsiyə olunan idarələr

Əmək Məcəlləsində dəyişikliklər və monitorinq olunmasi tövsiyə olunan idarələr backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Umud Mirzəyev Əmək Məcəlləsində dəyişikliklər və monitorinq olunmasi tövsiyə olunan idarələrin siyahısı ilə bağlı bunları bildirib

"Hörmətli Şura üzvləri hər birinizi salamlayıram.

Dünən günortadan sonra ƏƏSMN-dən iki sənəd aldıq. Birisi Anar müəllimin imzası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" layihəsinin rəsmi internet səhifədə dərc olunmuş linki, digəri isə ƏƏSMN tərəfindən monitorinq olunması tövsiyyə olunan müəssələrin adları və ünvanları qeyd olunur. Xahiş edirəm işçi qrupları fəaliyyət planlarına həmin idarələrdə monitorinqlərin aparılması məsələsini də daxil etsinlər. Bununla yanaşı qanunvericilikdəki dəyişiklikləri nəzərdən keçirib ümumi müzakirələrin aparılmasına, İctimai Şuranın növbəti toplantısının keçirilməsinə zərurət vardır.

Xahiş edirəm fikirlərinizi bildirin,

Sənədlər əlavə olunur".