Yeniyetmə və gənclər arasında qəhrəmanlığın təbliği layihəsinin ilk tədbiri keçirilib
Qaziler.az xəbər verir ki, “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində 20 Yanvar şəhidi İlham Allahverdiyevin oxuduğu 54 saylı orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə 20 Yanvar içtimai birliyinin nin işçi heyəti, layihə rəhbəri Sultan Əzimzadə, ekspert Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova , şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyiev, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı, Qazilər.az saytının rəhbəri, Qarabağ əlili Rey Kərimoğlu, şəhid İlham Allahverdiyevin iş yoldaşı Asif İbrahimxəlilov, “20 Yanvar” İctimai Birliyi Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, “20 Yanvar” İctimai Birliyi idarə heyətinin üzvü, Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və KİV nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Sultan Əzimzadə bildirib ki, cəmiyyətimizdə yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçmiş oğullarımızın həyat və qəhrəmanlıqlarının təbliği vacib məsələlərdən biridir. Çünki yeniyetmə və gənclər bu ölkənin gələcəyidir. Düzdür, gənclərimiz arasında vətənpərvərlik hissləri yetərincə vardır, lakin bu istiqamətdə davamlı olaraq təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Qəhrəmalıq tariximiz gənc nəslin yaddaşına həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daimiyaşar olsun.
Tədbirdə Şəmistan Əlizamanlı, Elxan Allahverdiyev, Asif İbrahimxəlilov və başqaları çıxış edərək fikirlərini yeniyetmə və gənclərlə bölüşdülər. Məktəbin şagirdləri musiqi proqramları ilə çıxış etdilər.
Sonda Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mahnılar ifa edib.
Qeyd edək ki, layihə “20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir və oktyabrın 31-dək davam edəcək.