“Azərsu” ASC Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğından zərər çəkmiş sakinlərin borcunu silib.
Axar.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Feysbuk hesabında yazıb:“Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğından zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq, istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək”.