DYP iddialara cavab verdi: "Sistemdən hər hansı məlumatı silmək..."

DYP iddialara cavab verdi: "Sistemdən hər hansı məlumatı silmək..." backend

DYP dünən saytlarda dərc olunan "Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçıların cərimələrini necə sildirir" məqaləyə cavab verib

BDYPİ-nin HTT və İQƏ şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Qaziler.az-a bildirib: "Bəzi internet saytlarında dərc edilmiş “Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçılarının cərimələrini necə sildirir?” sərlövhəli məqalələrdə guya “icra başçılarının müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götürtmələri, istifadələrində olan avtomobillərinin sistemə düşməsini əngəlləmələri, protokol tərtib edildiyi hallarda isə cəriməni ödəmədən, rüşvət qarşılığında protokolları sistemdən sildirmələri” qeyd olunur.

DYP-nin fəaliyyətdən xəbərsiz , uydurma təxayüllü, heç bir əsası olmayan və gülüş doğuran “faktlara” əsaslanan belə məqalə müəlliflərinin nəzərinə çatdırmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının mərkəzi informasiya sisteminin fəaliyyətinə müdaxilə etmək, sistemdən hər hansı məlumatı silmək və ya hər hansı bir nəqliyyat vasitəsinin sürücüsunə “xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur. Sistemin proqram təminatı isə inzibati xəta haqqında işlər üzrə icraat aparmaq səlahiyyəti olmayan tamamilə kənar qurum tərəfindən həyata keçirilir.

Odur ki, məqaləni dərc etməzdən əvvəl adi jurnalist araşdırması aparmaqla istinad edilən “mənbə”nin məlumatlarını dəqiqləşdirmək daha məqsədəmüvafiq olardı".
Diaspora