Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Abşeron rayonunda vətəndaşları qəbul edəcək
Qaziler.az bildirir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 17.10.2018-ci il tarixdə saat 10:00-da Abşeron rayonunda Şuşa, Qubadlı, Sumqayıt, Abşeron, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.Qəbula yazılmaq istəyən vətəndaşların 15.10.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.