Eks Prezidentin qardaşı oğlu Əliyev Ayturan və yoldaşı Fərəcova Gülnarə Abşeron Rayon Prokurorluğunda baş vermiş qanunsuzluqlardan təngə gəldiklərni və Baş Prokurora müraciət etdiklərni bildirirlər.
İmzalanmış şəkildə redaksiyamıza təqdim olunan müraciətdə deyilir:“Hörmətli Zakir müəllim,
Bizə aid olan mənzili dələduzluq yolu ilə başqa şəxslərə sataraq mənimsəmiş “AFŞARAN-A”MMC tikinti şirkətinin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun törətdiyi cinayət əməllərinin Abşeron Rayon Prokuroru vəzifəsini icra edən Nail Əliyev (Rayon prokuroru Rahib Seyidov səhəti ilə bağlı məzuniyyətdə olarkən) tərəfindən sırf maddi maraqlar naminə açıq-aşkar müdafiə olunması barədə bu ilin aprel ayında Sizə müraciət etmişdik. Müraciətdən dərhal sonra, iş materialı tələb edilərək 09 aprel 2018-ci il tarixdə 230/XİD 18 saylı məktubla Baş Prokurorluğa aparılmış, bir aydan artıq müddət ərzində orada saxlanılmış və heç bir münasibət bildirilmədən geri gödərilmişdir.
Abşeron Rayon Prokuroru və müavini tərəfindən artıq vərdiş halını almış “mülki işdir gedin məhkəməyə müraciət edin” (şəxsi maraqlarını təmin etdikdən sonra) göstərişini verən Nail Əliyev sırf maddi maraqlar naminə dələduz tikinti şirkəti rəhbərinin vəkili rolunda çıxış edərək onun əməlində cinayət tərkibinin olmadığını israrla bildirmiş və bizlik bir şey yoxdur deyə son qərarını vermişdi. Bundan sonra biz, iş üzrə zərəçəkmiş Müzəffər Məmmədli ilə birlikdə sözügedən saxta alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etdik. Abşeron Rayon Məhkəməsinin hakim Cəmilə Səfiyevanın sədrliyi ilə aparılan araşdırma zamanı qanunzuz alqı-satqı müqaviləsi ləğv edildi və dələduzluq əməli açıq-aşkar dəlillərlə qabarıq şəkildə göründiyi üçün hakim Fəxrəddin Hüseynov Balaxan oğlu barədə xüsusi qərardad çıxardı. Proseslər zamanı o da məlum oldu ki, mənzil dələduzluğunda məşurlaşmış Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarına məxsus ”AFŞARAN” MMC Prezident Adminstrasiyasının hesabatında ən çox şikayət edilən tikinti şirkətləri siyahısında ön siralardadır. Buna görə dələduz qardaşlar iki il müddətdə MMC-nin adını əvvəlcə “AFŞARAN-A” MMC-yə sonra isə “FAM-88” MMC-yə dəyişərək öz dələduzluq əməllərini gizlətməyə çalışmışlar.
Hazırda qərardad Abşeron Rayon Prokuroru Rahib Seyidovun dərkənarı ilə köməkçisi Elçin Mahmudovun icraatındadır və o, xüsisi tapşırıqla dələduz qardaşların törətdikləri cinayət əməllərinin ört-basdır edilməsi istiqamətində ciddi-cəhdlə “araşdırma” aparmaqdadır.
Abşeron Rayon Prokurorluğunda keçən il noyabr ayından başlayaraq bu gün də davam etdirilən qanunsuzluqlar barədə dəfələrlə Rahib Seyidova etdiyimiz şikayətlərin heç bir nəticəsi olmamışdır. Lakin bizim iştirakımızla Rahib Seyidov görüntü yaratmaq xətrinə adıçəkilən şəxslər barəsində fevral-mart ayları boyunca müavini Nail Əliyevə üç dəfə cinayət işi başlanmasına dair göstəriş verərək bizi sakitləşdirmiş, real olaraq isə özlərinin şəxsi maraqlarını mühafizə etmişlər. Sonuncu görüşümüzdə (22 sentyabr 2018-ci il) Rahib Seyidov şəxsən özünün xüsusi qərardadı araşdıraraq heç bir cinayət tərkibinin olmadığını birmənalı olaraq bildirməsi isə onun baş verənlər barədə təfsilatı ilə məlumatlı olmasından və dələduz qardaşların himayə edilməsində maraqlı olmasını açıq-aşkar ortaya qoymuşdur. Belə ki, keçən bir il boyunca Rahib Seyidov bizim iştirakımızla Nail Əliyev və müstəntiq Yaşar İsgəndərova göstəriş verərək dələduz iş adamı Fəxrəddin Hüseynova vaxt verilməsini, razılaşmazsa cinayət işi başlanmasına dair göstəriş vermişdir. Bütün bunları unudaraq və başlıcası hakimin xüsusi qərardadda qeyd etdiyi adi gözlə görünən faktları (bir mənzilin 2 sahibinin olması, qanunsuz olaraq Ayturan Əliyevin adına 3-cü müqavilənin tərtib və ləğv edilməsi, yoldaşının razılığı olmadan mənzilin satışının rəsmiləşdirilməsi və s.) görməzdən gələn Rahib Seyidovun artıq bir ildir müxtəlif bəhanələrlə bizi “yola verməsi” Rayon Prokuroru məqamına ləkə gətirən ucuz göstəri hərəkətlərindən başqa bir şey deyildır.