Azərbaycan paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan parad başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da paradda nitq söyləyib.
*** 15:24
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.
Dövlət başçıları əsgərləri salamlayıblar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.
“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirilib.