“Gözlədim ki, gəlsin yubileyimi keçirim...”- Şəhid əsgərimizin anası...

“Gözlədim ki, gəlsin yubileyimi keçirim...”- Şəhid əsgərimizin anası... backend

Bu gün 2017-ci il fevral döyüşlərində şəhid olan hərbçimiz Zakir Cəfərovun anası Kəmalə xanımın doğum günüdür.

Belə bir gündə şəhid anası üçün ən böyük təsəlli insanların ona diqqətidir. Doğum günüylə bağlı şəhid anasına sosial şəbəkədə təbriklər yazılır, yaxınları və şəhid ailələri tərəfindən insanlar onu təbrik edirlər.

Şəhid anası Moderator.az -a açıqlamasında doğum günüylə bağlı öz kədərli təəssüratlarını bölüşüb:

“İndi Zakirin məzarını ziyarət edib evə qayıtdım. Onunla keçirdim doğum günümü. İkinci doğum günümdür. Keçən il gözlədim ki, Zakir gəlsin birlikdə yubileyimi keçirim, amma qismət olmadı. Bundan sonra da heç alınmayacaq. Bütün bayramlar, ad günləri hamısı Zakirlə getdi”.

Xatırladaq ki, Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2017-ci il fevral döyüşləri zamanı Zakir qəhrəmancasına şəhid oldu. Fevralın 27-də onun nəşi dörd hərbçi yoldaşı ilə neytral ərazidən götürüldü. Fevralın 28-də şəhid Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunda Keşlə qəsəbəsində yerləşən qəbiristanlıqda böyük izdihamla dəfn edildi.

Xatırladaq ki, şəhid Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edilib.

Diaspora