Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 8-9-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Sentyabrın 9-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.