Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr islahatlarına başlanılıb.
Qaziler.az "Report”a istinadən xəbər verir ki, BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub.O, bundan öncə Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
BŞİH-dən bildirilib ki, kadr islahatları davam etdiriləcək.
Qeyd edək ki, prezident İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.