“Azərişıq” ASC yanan bina sakinlərinin elektrik borclarını öz üzərinə götürüb.
“Azərişıq” ASC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirmiş insanların faciəsi “Azərişıq” ASC kollektivi tərəfindən də böyük kədərlə qarşılanıb.Sakinlərə öz dəstəyini göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib. Qərara əsasən, yanmış binanın sakinlərinin bütün elektrik borcları Səhimdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürəcək.