Azərbaycan vətəndaşları bəzi xarici ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.Hazırkı qanuna görə isə vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.
Yeni layihəyə əsasən, qaçqın statusunun verilməsindən imtina edilməsi də kənara çıxma haqqında qərarın verilməsi üçün əsas sayılır.