Yanğında xəsarət alanların vəziyyətindən son məlumat

Yanğında xəsarət alanların vəziyyətindən son məlumat backend

Yanan binada xəsarət alanlardan 23-ü artıq evə buraxılıb.

May ayının 19-da Binəqədi rayonunda yanan binada yanada xəsarət alanlardan 14 nəfər xəstəxanada müalicə alır.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Xezerxeber.com-a bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi yaralıların müalicəsinə xüsusi diqqət yetirir.

Qeyd edək ki, baş verən yanğında xəsarət alan, daha doğrusu zəhərlənən 35 nəfər Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilib. Şöbə müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, həmin şəxslərdən 23 nəfər evə buraxılıb. 12 nəfər isə xəstəxanada müalicə alır. Onlardan bir neçə nəfərin isə vəziyyəti nisbətən ağırdır.

"Müalicə alanlardan heç birinin həyatı üçün təhlükə yoxdur. İnşallah onları da tez zamanda evə buraxacağıq”, - deyə Azər Maqsudov bildirib.

Qaziler.az Xezerxeber.com-a istinadən Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilən xəstələrin adlarını təqdim edir.

Hazırda müalicə alan 12 nəfər

Manafova Elvira Nurəddin qızı – 1960-cı il təvəllüd
Həsənova Nərminə Elxan qızı 1980-cı il təvəllüd
Məhərrəmova Günay Cabir qızı 32 yaş
Qəniyev Şahnaz Təyyar qızı 30 yaş
Rəsulov Bilal Əhməd oğlu 1971-ci təvəllüd
Həsənov Murad Mahmud qızı 2012-ci il təvəllüd
Yahyayeva Leyla Murad qızı 2010-cu il təvəllüd
Yahyayeva Sevil Murad qızı 2011-ci il təvəllüd
Yahyayeva Nigar Mail qızı 1985-ci il təvəllüd
Manafova Səbinə İsgəndər qızı 1983-cü il təvəllüd
Ələkbərova Rəhimə Yusif qızı 1966-cı il təvəllüd
Abdullayeva Sədaqət Məsim qızı 1970-ci il təvəllüd

Xəstəxanada müalicə alaraq evə buraxılanlar:

Rizvanov Əminə Qafar qızı 1953-cü il təvəllüd
Həmidli İbrahim Fazil oğlu 6 aylıq
Həmidli Mənsumə Fazil qızı 1997-ci il təvəllüd
Həbibov Mirnizam Seyidməmməd oğlu 33 yaş
Yanğınsöndürən Dünyamalıyev Kamil Nuralı oğli 25 yaş
Zeynalova Ədilə Balayar qızı 1963-cü il təvəllüd
Yanğınsöndürən İbadov Məmməd Hüseyn oğlu 26 yaş
Yanğınsöndürən Cavadov Deniz Anatoliyeviç 40 yaş
Yanğınsöndürən Zali Nikolay Yevgenyeviç 38 yaş
Rəsulov Bilal Əhməd oğlu 44 yaş
Yanğınsöndürən Əliyev Ruslan Vəluyulla oğlu 1982-ci il təvəllüdlü
Yanğınsöndürən Şahverdiyev Xətai Akif oğlu 1990-cı il təvəllüdlü
Yanğınsöndürən Hüseynli Əsəd Hüseyn oğlu 1992-ci il təvəllüdlü
Cəsarətzadə Zeynəb Anar qızı 2 yaş
Cəsarətova Aynurə Mail qızı 1979-cu il təvəllüdlü
Hidayətova Eyzəngül Əli qızı 1957-ci il təvəllüdlü
Hidayətov İlkin Nicat oğlu 2010-cu il təvəllüdlü
Yahyayeva Elnurə Əliağa qızı 68 yaş – rəhmətə gedib
Yanğınsöndürən Məhsimli Mehdi Mail oğlu 1991-ci il təvəllüdlü
Cəsərov Turan Tural oğu 11 aylıq
Abdulayev Ucal Mövlud oğlu 40 günlük
ƏLƏKBƏROVA Rəhimə Yusif qızı 41 yaş
Həsənova Sevinc Rafiq qızı 1979-cu il təvəllüdlü
Həmidli Samirə Telman qızı 30 yaş
Məmmədova Güləndam Əlimurad qızı 21 yaş

Xəsarət alanlardan 2 nəfər isə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Onlardan biri yanğınsöndürən Asim Balakişi oğlu Ağayev artıq evə buraxılıb. Digər xəsarət alan şəxs isə xilasetməyə könüllü qoşulan Kamran Bayramov isə müalicə alır. Hazırda onun vəziyyəti yaxşıdır. Ola bilsin ki, bu gün onu da buraxsınlar.
Diaspora