Çimərlik sahiblərinə xəbərdarlıq!

Çimərlik sahiblərinə xəbərdarlıq! backend

Bu il çimərliklərdə sanitar-gigiyenik vəziyyətə xüsusi diqqət yetiriləcək.

"Bu il çimərliklərdə sanitar-gigiyenik vəziyyətə xüsusi diqqət yetiriləcək. I Avropa Oyunları ilə bağlı çimərliklərə turistlərin də axını olacaq. Odur ki, artıq Abşeron yarımadasında yerləşən çimərliklərin sahiblərinə invertarların yenilənməsi, çimərliklərə günlüklərin, duşların yerləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Eyni zamanda Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə su nümunələrinin monitorinqinə başlayıb".

Bu sözləri açıqlamasında Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Z. Kazımov bildirib ki, çimərliklərlə bağlı müvafiq tapşırıqlara əməl etməyən sahibkarlar İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnəcək: "Eyni zamanda 4 gün müddətində Xəzər dənizinin Sabunçu, Binəqədi, Xəzər və Suraxanı rayonları hissəsinə düşən ərazilərindən su nümunələri götürülüb və laboratoriyalara göndərilib: "İlkin olaraq Bakı şəhəri üzrə monitorinqlərin aparılması nəzərdə tutulub".

Z.Kazımovun sözlərinə görə, monitorinqlər əsasən dəniz suyunda kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin olub-olmadığını müəyənləşdirmək məqsədi ilə aparılır: " Laborator analizlərin nəticələrinə əsasən, sonda çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək".

Mənbə: movqe.az
Diaspora