“Axırıncı hadisələr bir daha göstərdi ki, tarix hadisələrdən, insanlardan və tarixə düşən deyimlərdən ibarət imiş”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə çıxş edib.Deputat mayın 19-da baş vermiş yanğın olayına münasbiət bildirərək yazıb ki, üç gündür Azərbaycan Bakının Binəqədi rayonunda baş verən faciədən şok vəziyyətindədir:
“Heç kəs bu dəhşətli hadisəyə biganə qalmadı, bu və ya digər formada ona münasibətini göstərdi. FHN qəhrəmanlarının şəkilləri sosial şəbəkləri dolaşır, balaca Fərəh balanın məsum çöhrəsinə isə sakit baxmaq olmur. Bu hadisə cəmiyyət və ilk növbədə dövlət üçün ciddi sınaq oldu. Mənəviyyat və qəti qərarlar sınağı. İnamla demək olar ki, Azərbaycan dövləti ilk anlardan bu sınağa hazır olduğunu göstərdi. Azərbaycan vətəndaşının ona qətiyyən şübhəsi yox idi. O, həmişə öz dövlətini özünün yanında görüb. Polisin həmin situasiyada vəziyyəti ciddi nəzarət altına alacağına, Fövqaladə Hallar Nazirliyinin yanğını söndrümək üçün operativ hərəkət edəcəyinə, səhiyyə ocaqlarının yaralıların qəbuluna və müalicəsinə hazır olacağına inamlı idik. Çünki son illər dövlətimiz bütün fövqaladə hallarda məhz belə hərəkət edib. Ölkə prezidentinin də məsələni diqqətdə saxlayacağına inanırdıq. Birinci Avropa Oyunları ərəfəsində gərgin iş qrafikinə baxmayaraq, onun hadisə yerinə şəxsən gəlməsi, birinci xanım Mehriban xanım Əliyevanın yaralılara baş çəkməsi dövlət rəhbərliyinin xaqlın problemləri ilə yaşadığının sübutu idi. Ən yadda qalan isə cənab Prezidentin hadisə ilə bağlı müşavirədə dediyi “Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir” fikridir.
Tarixi hadisə qarşısında onun vətəndaşının ağrısının hər şeydən üstün tutulması əsl dövlətçilik, yüksək məsuliyyət və məsələlərə obyektiv yanaşma mövqeyidir. Tariximizin yaddaşında tək hadisələr deyil, həmin hadislər dövründə xalqın dəyərli oğullarının yadda qalan addımları olacaq”.