“Boinq-757“ təyyarəsi Bakıda təcili eniş etdi

“Boinq-757“ təyyarəsi Bakıda təcili eniş etdi backend

Mayın 21-i yerli vaxtla 11:00-da Bakı-Moskva marşrutu üzrə AHY-852 reysini yerinə yetirən Boinq-757 təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsinə görə aeroporta qayıdıb.

Qaziler.az ATV.az-a sitinadən bildirir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, eniş uğurlu olub, xəsarət alanlar yoxdur: "Belə nasazlıqla təyinat məntəqəsinə kimi uçuş mümkün idi. Ancaq nasazlığın uçuşdan dərhal sonra yaranmasını nəzərə alsaq, kapitan tərəfindən Heydər Əliyev adına baza aeroportunda eniş həyata keçirmək qərarı qəbul edilib".

Nasazlığın səbəbləri "Azərbaycan Hava Yolları" QSC-nin xüsusi komissiyası tərəfindən araşdırılacaq. Sərnişinlər yerli vaxtla 13:00-da ehtiyat təyyarə ilə Moskvaya göndəriləcək.
Diaspora