Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, nazir xidməti borcunu yerinə yetirərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq polis sıralarına qayıtmasını arzulayıb.Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Respublikasının prezidenti İlham Əiyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.
Polis serjantı Şahin Qocayev xəstəxana palatasında gözlərini açdığı andan dövlətin qayğısını hiss etdiyini deyərək, bu diqqətə görə ölkə prezidentinə minnətdarlığını bildirib.